İslam oyunlarının proqramı dəyişdi

27.01.2016 22:06     Sport reaksiya     2605

Gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib.
 
Dəyişikliyə əsasən mayın 12-22-də baş tutacaq İslamiadada klassik basketbol olmayacaq.
 
Əvvəlcə proqramda olan idmanın bu növünü yeni növ əvəzləyib. Bakı-2015-də olduğu kimi, İslamiada-2017-də də basketbolçular 3X3 növündə mükafatçıları müəyyənləşdirəcəklər.
 
Azərbaycan burada həm kişilərin, həm də qadınların yarışında qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatına da qatılacaqlar.
 
Qeyd edək ki, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən I İslam Həmrəylik Oyunlarında klassik basketbolda Azərbaycan millisi tarix yazmışdı. Həmin vaxt Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına yiyələnmişdi.
 

Şərhlər