Milli futbolçu fərqləndi, komandası qalib gəldi

31.01.2016 01:43     Sport reaksiya     1108

Almaniya 2-ci Bundesliqasında ikinci yarıya hazırlaşan "Karlsrue" çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu komanda toplanış çərçivəsində növbəti yoxlama matçını keçirib.
 
"Ağ-göylər" səfərdə "Qroyter Furt"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
46-cı dəqiqədə meydana çıxan Nazarov sona qədər mübarizə aparıb. O, 72-ci dəqiqədə penaltidən fərqlənərək, komandasının 2-ci qolunu vurub.

Şərhlər