Bakıda beynəlxalq turnir zamanı baş verən davanın - ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO

31.01.2016 21:11     Sport reaksiya     2345

Döyüş yarımçıq dayandırılıb.

Xəbər verdiyimiz kimi, dünən Bakıda keçirilən MMA (Qarışıq Döyüş İncəsənəti) üzrə yarışda kütləvi dava baş verib.

Qarşıdurma 70 kq. çəki dərəcəsində yer alan TT döyüş klubunun üzvü Cəfər İsmiyevlə "Ruslan" döyüş klubunun təmsilçisi Aqşin Salmanov arasındakı döyüşdə yaşanıb.

İlk raundda İsmiyevin uğursuz zərbə cəhdindən sonra Salmanov onu başı üzərinə qaldıraraq, rinqdən kənara tullayıb. 

Bundan sonra hər iki idmançının komandasının üzvləri olaya müdaxilə edib. Azarkeşlərin də tribunadan meydana yığışmasından sonra davanın miqyası genişlənib. Nəticədə döyüş dayandırılıb.

Qeyd edək ki, “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanan bu görüntülər yarımçıq kəsilib və kanal reklam fasiləsinə ayrılıb. 

Davanın efirə getməyən görüntüləri sizə təqdim edirik: (oxu.az)

Şərhlər