​Xərçəng xəstəliyi olan futbolçunun durumuna aydınlıq gətirilib

02.02.2016 14:54     Sport reaksiya     1526

Xərçəng xəstəliyi aşkarlanan Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevin müayinəsinin nəticəsi məlum olub. Komandanın həkimi Sədrəddin Məmmədov "Report"a açıqlamasında Onkoloji Dispanserdə keçirilən müayinənin nəticəsinin müsbət olduğunu deyib.

Onun sözlərinə görə, futbolçunun dirsəyində olan şiş xoş xassəlidir: "Müayinədən sonra məlum oldu ki, şiş xoş xassəlidir. Müalicəsi davam etdirilir. Ancaq nə vaxt meydana qayıdacağı bilinmir. Son turda "Qarabağ"la oyuna özü də gəlmişdi. Dedi ki, özümü yaxşı hiss edirəm. Rüfət ailənin tək övladıdır, bu səbəbdən də ona dəstək lazımdır".

Qeyd edək ki, R.Musayev AZAL-a "Neftçala"dan transfer edilib. Bir neçə gün əvvəl futbolçunun dirsəyində şiş aşkarlanıb və xərçəng xəstəliyi olduğu məlum olub. 

Şərhlər

Çox oxunanlar