​"Qəbələ" uzun fasilədən sonra qələbə qazanıb

07.02.2016 21:19     Sport reaksiya     1132

REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna yekun vurulub.

"Report" xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Bu tur "Qəbələ"nin uzun fasilədən sonra qələbə qazanması ilə yadda qalıb. Bölgə komandası Bakıda "İnter"i 1:0 hesabı ilə məğlub edib.

Digər qarşılaşma Gəncədə "Kəpəz"lə AZAL arasında baş tutub. Bu oyunda sevinən tərəf ev sahibləri olub.

Azərbaycan Premyer-Liqası, XX tur

"İnter" - "Qəbələ" - 0-1

Qol: Ermin Zets, 18 [0-1]

"Kəpəz" - AZAL - 2-0

Qollar: Budaq Nəsirov, 27 [1-0], Julien Ebah, 86 [2-0].

Şərhlər