"İspaniyada çıxış edən bir futbol klubunu azərbaycanlı qadın alıb"

07.02.2016 21:45     Sport reaksiya     1073

Azərbaycandan olan qadın iş adamı İspaniyada futbol klubu alıb.
 
"Report" xəbər verir ki, bunu "Championat" nəşrinə müsahibəsində İspaniyanın II Divizionunda çıxış edən "Marbel" klubunun prezidenti Aleksandr Qrinberq bildirib.
İspaniyada kluba sahib olan yeganə rusiyalı iş adamı jurnalistin "ispan klublarının idarəçiliyində keçmiş Sovet İttifaqından olan başqa kimlərsə var?" sualına belə cavab verib:
 
"Eşitdiyimə görə, guya "B" Divizionunda çıxış edən bir klubu Azərbaycandan olan qadın alıb. Bəlkə, sadəcə, şayiədir. Ruslara gəldikdə isə, məncə məndən başqa yoxdur".

Şərhlər