Messi dünyanın ən bahalı maşınına sahib oldu (FOTO)

09.02.2016 14:42     Sport reaksiya     1982

"Barselona"nın ulduzu, dünya şöhrətli argentinalı futbolçu Messinin adı bu dəfə dünyanaın ən bahalı maşını ilə hallanıb. ANS PRESS-in məlumatına görə, Parisdəki Klassik Avtomobil hərracında 1957-ci il modeli olan "Ferrari 335 S Spider Scaglietti" satışa çıxarılıb. Maşın 32 milyon avroya özünə alıcı tapıb. 

Avtomobilin ilkin qiyməti 20 milyon avro olub. Bu bahalı klassik maşını alan şəxsin adı açıqlanmayıb. Lakin onun dünya şöhrətli futbolçu olduğu açıqlanıb. 

Bu açıqlamadan sonra ağla gələn iki ad olub. Kriştiano Ronaldo və Lionel Messi. Ronaldonun da bu hərraca qatıldığı lakin ən yüksək qiyməti Messinin verdiyi deyilir. 

Argentinalı futbolçunun yaxın çevrəsi bu barədə xəbərləri təkzib etsə də, onun top qovduğu "Barcelona" klubu dolayı yolla da olsa oyunçusunun klassik maşına sahib olduğunu deyib. 


"Ferrari 335 S Spider Scaglietti"

Qeyd edək ki, "Barselona"nın argentinalı hücumçusu Lionel Messi əməliyyat olunacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Katalon mətbuatı xəbər yayıb. Argentinalı futbolçu ağrılar səbəbindən komandanın son məşqini buraxıb. Kataloniya təmsilçisinin ulduz futbolçusu Lionel Messinin bir müddət əvvəl böyrəyində daş aşkarlanıb. Məhz bu səbəbdən Argentina millisinin üzvü üzun müddətdir əziyyət çəkir.

Futbolçu bu gün böyrəyindən əməliyat olunacaq. Həkimlər əməliyyatın cüzi xarakter daşıyacağını və hücumçunun həmin gün evə buraxılacağını qeyd edib. Messi fevralın 11-də artıq yaşıl meydana qayıda biləcək.


L.Messi

Şərhlər

Çox oxunanlar