"İmperator" karyerasını başa vurur

20.02.2016 16:03     Sport reaksiya     1468

Tottinin qərarını mövsümün sonunda açıqlayacağı gözlənilir.

İtaliya futbolunun əfsanəsi Françesko Totti karyerasını başa vurmağı planlaşdırır. ANS PRESS-in məlumatına görə, "Roma" klubunun 39 yaşlı futbolçu cari mövsümda az oynamaq şansı olduğu üçün karyerasına sona vurmaq istəyir.

İtaliya çempionatında Totti 5 oyuna çıxıb.  Komandanın kapitanı 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Sonuncu dəfə “imperator” ləqəbli futbolçuÇempionlar liqasında sonuncu dəqiqələrdə “Real Madrid”ə qarşı çıxıb.  Tottinin mövsümün sonunda karyerasnı başa vurmaq qərarını açıqlayacağı gözlənilir.

 Totti 1992-ci ildən “Roma” klubunun şərəfini qoruyur. O, FİFA-nın "Dünyanın ən yaxşı 125 futbolçusu" siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilib. İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 215 qol ilə 5-ci sıradadır.

UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurub və 143 qola məhsuldar ötürmə edib. 2011-ci ildə Kriştiano RonaldoUeyn Runikimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilib. 

Ueyn Runi və Kriştiano Ronaldo

 

Şərhlər

Çox oxunanlar