Formula 1-in prezidentindən ağır etiraf

22.02.2016 16:16     Sport reaksiya     1428

"Mən ailəmi yarışlara aparmaq üçün heç vaxt pul ödəmərəm”.

"Formula 1 indi ağır zamanlarını yaşayır". ANS PRESS-in məlumata görə, bunu şirkətinin prezidenti Berni Ekklstoun bildirib.  "The Dail Mail"in yazdığına görə, o, özü yarışa baxmaq üçün pul ödəməyəcəyini deyib. 

“Mənə iş lazım deyil. Pul da lazım deyil. İştirakçıların çoxu ancaq qısamüddətli perespektivlər haqqında düşünürlər. Uzunmüddətli inkişaf bir çoxları üçün 2-3 yarış olur. Nəticədə Formula 1 hazırda tarixinin ən pis dönəmini yaşayır. Mən ailəmi yarışlara aparmaq üçün heç vaxt pul ödəmərəm”. 

Berni Ekklstoun 1974-cü ildən şirkətin prezidentidir. 2015-ci ildə 85 yaşı tamam olan bu britaniyalı məhz Formula 1-i milyardlarla dollar qazanc əldə edən uğurlu kommersiya layihəsinə çevirib. 

Formuıla 1 ötən il 2 milyard dollar gəlir əldə edib. Formula 1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula 1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.

Formula 1 yarışı
Formula 1 yarışı

Əlavə edək ki, 2016-cı il Formula 1 Avropa Qran-Prisinin 17-18-19 iyunda Bakıda keçirilməsi nəzərdə tutulub. 

 

Şərhlər