"Qəbələ" - "Xəzər Lənkəran" matçında insident baş verib

 "Qəbələ" və "Xəzər Lənkəran" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXIII tur matçında insident baş verib. "Report"un məlumatına görə, hadisə uzatma dəqiqələrində yaşanıb.

Hava mübarizəsi zamanı qonaq komandanın qapıçısı Orxan Sadıqlı başını tutaraq yerə yıxılıb. Bu zaman "Qəbələ"nin futbolçuları Sadıqlıya vaxtı uzatdığı üçün etirazlarını bildiriblər. Ayağa qalxan qapıçı isə Asif Məmmədovla mübahisəyə başlayıb. Onları komanda yoldaşları və hakimlər ayırıb.

Yerli azarkeşlər də Sadıqlının simulyasiyasını əsəbi qarşılayıblar. Hətta onlardan bir neçəsi qapı arxasındakı tribunadan içəri daxil olmaq istəyib. Fanatların qarşısını polislər alıb.

Qeyd edək ki, görüş qolsuz tamamlanıb - 0:0.  

Advertisement Banner

Şərhlər

Çox oxunanlar