Tanınmış idmançını həbsxanaya salan hansı qüvvələrdir?

O, erməni bayrağını Xocalı qaçqınlarının ayaqları altına  atmışdı

Onu nəinki respublikada, Avropa ölkələrində  tanımayan az adam olar.  İstər idmançı kimi, istər  Qarabağ qazisi kimi  Azad Məmmədov vətənimizin ən parlaq, ən nümunəvi gənclərindən olub. Onun haqqında televiziya efirlərində, mətbuat səhifələrində müxtəlif yazılar səslənəndə qəlbimizi fərəh hissi bürümüşdü. Belə oğullar vaxtilə kinolarına dönə-dönə baxdığımız Mehdi Hüseynzadəni,  Qafur Məmmədovu bizlərə xatırladır.  Vətənimizin belə fədakar oğlu üçün  az qala dastanlar yazıldı, mahnılar qoşuldu.   Bəli, Azərbaycan hər zaman qəhrəman və igid oğulları ilə öyünüb və öyünəcəkdir. Lakin belə oğullara qarşı haqsızlıq olunanda necə? Onları yalan yerə şərləyib həbsxana divarları arasına salmaq nə qədər doğrudur?!

 Bu yaxınlarda mətbuat konfransı keçirilən zaman  Azad Məmmədovun həbsxanada olmasını eşidib çox məyus oldum.   Doğrudanmı üç böyük ölkədə erməni çempionuna qalib gələn, Azərbaycan bayrağını, onun  adını yüksəkliklərə qaldıran  vətənimizin fəxri vətəndaşı    dələduz bir qadın şərinin qurbanı olmuşdu?!

Haqsız həbsinə görə neçə illərdi şikayətçi olan doğmalarının haqq səsini eşidən olmayıb. Nəhayət ANS kanalının “Sən tək deyilsən” verilişində Sahibə adlı dələduz qadınin   Azad Məmmədovun tutulmasında olan cinayət əməli  şahidlər tərəfindən açılır. Yalnız bundan sonra Azadın qohumları mətbuat konfransı keçirmək qərarına gəliblər. Onu da qeyd edim ki, Sahibə Həsənovanın oğlu Elçin Sadıqov Vəkillər Kollegiyasının üzvüdür. Konfransada  Sahibə Həsənovanın qızı Gülxar Sadıqova bir çox bağlı məqamlara açıqlıq gətirdi. Anası Sahibənin törətdiyi cinayət əməlləri ilə bağlı mühafizə oranlarına verdiyi və hələ də bağlı qalan açıqlamalar. Bununla bərabər  digər qadınlar Azad Məmmədovun üzünə yalandan duraraq onu şərləyib cinayətə cəlb etmələrini ictimaiyyətə çatdırmaq üçün  məbuat konfransı keçirilməsini xahiş etməklə öz səhvlərini etiraf etdilər. Azadıın tutulmasından indiyədək həddindən artıq peşimançılıq hissi keçirdiyini bildirən  bu qadınların çəkdiyi “vicdan əzabı” haraya dönmüşdü. Lakin nə onların bu səsi azadlığını əlindən aldıqları Azad Məmmədova, nə də Azad Məmmədovun həbsinə fərman verən kəslərə çatırdı. Artıq Azad üçün tökülən bu göz yaşları onun qeyrətinə, əyilməzliyinə ləkədən başqa bir şey deyildi. Bəlkə də Azad bu göz yaşlarını görsəydi özünü qəhrəman kimi yox, çempion kimi yox, sıravi bir adam sayardı.

Çünki bu göz yaşları tökən  gözlər   hələ 7 il bundan qabaq onun həbsinə fərman verəndə  necə qəddar, necə  rəhmsiz idi.  İndi o gözlərin qəlbində nə rəhm axtarmaq, nə də onlara inanmaq çətin idi.  Amma hər halda Azad kimi oğlana qarşı etdikləri haqsızlıq ilə barışmaz idilər. Bu da Allahın bir rəhmi idi onların olmayan qəlbinə gətirmişdi.        

Nədən belə oğullara mənəvi zərbə vurmaqla onları sındırmaq, qürurunu əymək kimi mənfi hallara yol verilir!!! Məgər onun “günahını “ bağışlamaq çox çətin idimi?! Yoxsa sifarış verənin sözündən dönmək, vəzifəsini belə igid qəhrəman oğulun şərəfindən uca tutmaq daha önəmli idi?!  Bir insanı məhv etmək çox da çətin deyil, amma onun haqqını tapdamağın  cəzası çox  ağırdı. Azad Məmmədov ona verilən hökmə əsasən guya külli miqdarda kimlərisə aldadaraq  dələduzluq yolu ilə pul mənimsəmiş, 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Nə qədər gülünc və yalan!!!

Burda bir haşiyə çıxıram. A.Məmmədov 2002-ci ildə Fransada keçirilən  qaydasız döyüş yarışında  özündən 45 kq ağır çəkili erməni döyüşçüsü Sergey Tefovesyanla döyüşməli olur.  Azad döyüşdən əvvəl erməni idmançısı qarşısında belə bir şərt qoyur: Qalib gələrsə ona veriləcək külli miqdarda pul mükafatından imtina edib rəqibinin təmsil etdiyi dövlətin bayrağını əlindən almaq. Bu şərtlə razılaşan erməni döyüşçüsü yarışda məğlub olur. Azad qalib gələrək erməni bayrağını Azərbaycana gətirir və təhsil aldığı  BDU-nun qarşısında Xocalı qaçqınlarının ayaqları altına atır.

Bundan böyük vətənpərvərlik, bundan böyük igidlik varmı?!  Sual olunur, məhkəmədə  külli miqdarda guya pul mənimsəmə adlyla onu məsuliyyətə cəlb edənlər, bir az da olsa fikirləşiblərmi ki, bu qədər puldan imtina edən oğulu kimlərinsə pulunu aldadıb almağa məcbur edən nə  ola bilər?! O qədər halal zəhmətilə qazandığı puldan imtina edən oğula bu haram pul nə üçün lazımdır?! Bütün bu yalanlar və oyunlar kim üçündür görəsən.  Təbii ki, bu işdə maraqlı olanlar üçün. Azərbaycan kimi tolerant, sivil bir ölkə, onun  mühafizə və  məhkəmə  orqanları  Sahibə Həsənova adlı bir dələduz qadının əlində aciz qala bilərmi?! Bizə Azad kimi mərd oğullar lazımdı, yoxsa onun bunun haqqını yeyən və sonra da  günahsız yerə  Azad kimi oğulun həbsinə fərman verən dələduz qadınlar?!!!

 Vətən  Azad kimi oğulları nadir halda yetişdirir. Belə oğullar ya Vətən üçün şəhid olur, ya Vətən üçün tanınmış alim, dəyərli ziyalı, ya da qəhrəman döyüşçü və idmançı kimi böyük uğurlara qədəm qoyaraq vətən adını , onun şöhrətini dünyaya yayır. Azad bunların hamısını qazanıb.  Həm Rusiya və Avropa çempionu, həm Qarabag döyüşçüsü, həm ali təhsilli hüquqşünas, həm də canlı şəhid!!! Bütün bunlar onun vətən üçün xidmətində kimlərinsə hədəf nöqtəsinə çevrilib.   Gülxar Sadıqovanın dediklərinə əsasən qardaşı  vəkillər kolleqiyasının üzvü Elçin Sadıqov kimi vəkillər vətəndaşın haqqını müdafiə etmək əvəzinə onun haqqının tapdalanmasına yol verirsə,  əli qana batmış  bu vəkil haqqında niyə ölçü götürülmür.  Belə vəkillər dövlətimizə, onun qanununa zidd olmaqla vətənə xəyanət yolunu tutur və milləti hakimiyyətə qarşı çevirir.  Həmçinin anasına cinayət üçün yol açan belə vəkil oğullar bu vətən üçün, dövlətimiz üçün olduqca təhlükə mənbəyidir.  Belə cinayətkarların indiyədək istintaqa cəlb olunmaması,  növbəti cinayətə yol açmaqla bərabər bir çox insanların həyatını təhlükədə qoyur.

Azad Məmmədov xarici ölkələrdə keçirilən idman yarışlarında düşmənimiz olan ermənilərlə dəfələrlə üz-üzə gəlib. 2005-ci ildə  Moskvada keçirilən  döyüşdə erməni Vadim Akopyanı, 2007-ci ildə isə dünya çempionatına lisenziya qazanmaq uğrunda  keçirilən döyüşdə erməni çempionu  boksçu Artur  Aqambekyanı  nakauta salaraq məğlub etmişdir.  Onun əldə etdiyi qələbələr Azərbaycanımıza, onun adına yüksək şərəf və fəxrdir. Lakin bu şərəfi  qorumaq əvəzinə ona ləkə vurmaq istəyənlər öz çirkin niyətlərini həyata keçirərək Azad Məmmədovun azadlığını əlindən almaqla onu  dələduzluqda ittiham edərək 10 il cəza çəkməyə məhkum etmişlər

Respublikamızın Prezidenti İlham Əliyev cənabları hər zaman idman sahəsində böyük uğurlara yol açmış və bu yolda qalib olanlara xüsusi qayğı ilə yanaşmışdır. Ulu Öndərimiz Heydər Əliyev bir neçə dəfə Azad Məmmədovla görüş zamanı ona ən gözəl arzularını bildirmiş və  ona diqqət və qayğısını əsirgəməişdir. Vətənin sevimli övladı olduğu kimi dövlətin də sevimlisinə çevrilən Azad Məmədov heyf ki, öz səmimiyyətinin qurbanı olur. Hər zaman xeyirxah və yaxşı əməli ilə heç kəsdən qayğısını əsirgəməyən bu nüfüzlü idmançı  bir çoxlarının problemli işlərində yardımçı olaraq onlara öz kömək əlini uzadıb. Etdiyi yaxşılıqların əvəzində isə pis insanların nəfsinə qurban gedir.

İnanırıq ki, cəsur döyüşçü və məşhur idmançının haqsız həbsi Dövlət başçımıza çatacaq və ona lazımlı köməyini göstərəcəkdir. Çünki Azad bu vətən üçün, dövlət  az işlər görməyib. Onun kimi oğullar hələ bu vətənə çox lazımdır. Haqq ədalətin qələbə çalmasına inanır və bu işdə hər kəsin Azad üçün haqq səsini ucaldacağına əminik.                                                                                                      

Advertisement Banner

Şərhlər

Çox oxunanlar