"Qalatasaray" avrokuboklardan kənarlaşdırıldı - ŞOK QƏRAR

02.03.2016 17:15     Sport reaksiya     1256

UEFA "Qalatasaray"la bağlı qərarını açıqlayıb. Qaynar.info xəbər verir ki, ali futbol qurumu İstanbul klubunu bir il avrokuboklardan kənarlaşdırıb.
 
Buna səbəb klubun Maliyyə Fair-Playı qaydalarını pozması olub. Ötən həftə İsveçrəyə gedən "Qalatasaray"ın prezidenti Dursun Özbək UEFA rəsmiləri ilə görüşündə belə bir cəzanın qarşısını almağa çalışsa da, istəyinə nail ola bilməyib.
 
Klubun hüquq departamentinin sədr müavini Eşref Alaçayır məsələ ilə bağlı açıqlama verib: "Bir il avrokuboklardan kənarlaşdırıldıq. Bundan başqa qarşıdakı iki transfer dönəmində transferlərdə diqqətli olmağımız, əvvəlki kimi pul xərcləməməyimiz barədə şərt var. Məncə, pis nəticə deyil. Daha ağır cəzanı bir ilə endirdik".
 
"Qalatasaray" cəzanın bitməsi üçün bu mövsüm avrokuboklara vəsiqə qazanmalıdı. Əks halda cəzanı gələn mövsüm çəkməli olacaq. Komanda iki mövsüm avrokuboklara qatılmaq hüququ əldə etməsə, cəza avtomatik olaraq qüvvədən düşəcək.

Şərhlər