İbrahimoviçə Çindən fantastik maaş təklifi gəlib

12.03.2016 21:37     Sport reaksiya     1348

İsveçli oyunçu tarxin ən çox maaş alan futbolçusu ola bilər.

Çin klubu ona 1 illik müqavilə üçün 40 milyon avro (təxminən 75 milyon 512 min manat) təklif edib.

PSJ-nin ulduzu Zlatan İbrahimoviçə futbol tarixinin ən böyük təklifi gəlib. ANS PRESS-in məlumatına görə, Çinin "Şanxay Şenhua" klubu isveçli ulduza fantastik maaş təklif edib.

İbrahimoviçin PSJ ilə müqaviləsi yayda başa çatacaq və o, Fransa klubunu tərk etmək fikrindədir. İsveçli futbolçunun İngiltərə Premyer Liqasında oynamaq istədiyi və bu ölkədən təkliflər aldığı da bildirilir. 34 yaşlı ulduzla həmçinin ABŞ klubları da maraqlanır.

Zlatana son təklif "Şanxay Şenhua"dan gəlib. İddialara görə, Çin klubu ona 1 illik müqavilə üçün 40 milyon avro (təxminən 75 milyon 512 min manat) təklif edib. Zlatan PSJ-də illik 15 milyon avro (təxminən 27 milyon 567 min manat) maaş alır. Bu reallaşsa, İbra futbol tarxində ən çox maaş alan futbolçu olacaq.

Zlatan İbrahimoviç
Zlatan İbrahimoviç

Qeyd edək ki, İbrahimoviç cari mövsümdə 38 rəsmi oyuna çıxıb və 31 qola imza atıb. Zlatan transferi ilə klublarına ən çox pul qazandıran futbolçu hesab olunur. "Malmö"dən "Ayaks"a 7.8, "Ayaks"dan "Yuventus"a 16, "Yuventus"dan "İnter"ə 24.8, "İnter"dən "Barselona"ya 69.5, "Barselona"dan "Milan"a 30 (bunun 6 milyon avrosu transferdən bir mövsüm əvvəl "Barselona"ya icarə haqqı olaraq verilib), "Milan"dan PSJ-yə 21 milyon avroya transfer olunub. 

 

Şərhlər