London "Arsenal"nın İquain planı

İtalyanlar futbolçuya 50 milyon avro qiymət qoyub.

 

"Napoli" argentinalı futbolçuya 50 milyon avro qiymət qoyub.

"Arsenal" "Napoli"nin ulduzuna elçi düşüb. ANS PRESS-in məlumatına görə, baş məşqçi Arsen Venger gələn mövsüm Argentina yığmasının və “Napoli” klubunun ulduz futbolçusu Qonsalo İquaini komandasında görmək istəyir.

Venger argentinalı forvardı 2013-cü ildə "Real"dan ayrılarkən də komandasına gətirmək istəmişdi. Amma həmin vaxt İquain "Napoli"yə üstünlük vermişdi. 

"Napoli" argentinalı futbolçuya 50 milyon avro qiymət qoyub. "Arsenal" bu məbləği ödəsə, onu heyətinə qata biləcək. 

Arsen Venger
Arsen Venger

Qeyd edək ki, "Napoli" İquaini "Real"dan 38 milyon avroya transfer etmişdi. Qonsalo İquain bu mövsum "Napoli"də 24 qol vurub. 2014-cü ildə Argentina yığması ilə Dünya çempionatında gümüş medal qazanıb. 2006-cı ildə ilk dəfə Argentina yığması ilə Fransa yığması futbolçunu komandaya dəvət edib. Lakin yığmaların təklifini rədd edib. Bir müddət sonra İquain Argentina yığmasını seçib. 

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar