Məşhur şirkət Ronaldo ilə müqavilə imzaladı

29.03.2016 19:17     Sport reaksiya     1269

Futbolçu şirkətin reklam çarxlarında çəkiləcək.

Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Türkiyənin hegemon şirkəti ilə razılaşma imzalayıb. ANS PRESS-in məlumatına görə, "Türk Telekom" şirkəti  4.5 G reklamları üçün portuqaliyalı ulduza təklif göndərib.

Aprelin 1-dən etibarən  Ronaldonun rol aldığı reklamlar yayımlanmağa başlayacaq. Məlumata görə, "Türk Telekom" Ronaldoya 1 milyon dollardan  çox ödəniş edəcək.

"Türk Telekom"un reklam çarxı

Ronaldonun "Mançester Yunayted" klubundan "Real Madrid"ə keçidi üçün 83 milyon funt-sterlinq (185 milyon 920 min dollar) ödənilib. Bu da onu futbol tarixinin ən bahalı oyunçusuna çevirdi. "Real Madrid" ilə bağladığı müqaviləyə əsasən, ildə 12 milyon avro qazanan futbolçu dünyanın ən çox qazanan futbolçularından biridir.  Portuqaliyalı 3 dəfə "Qızıl Top"a sahib olub. 

 

Şərhlər

Çox oxunanlar