Azərbaycan ilk dəfə DÇ-nin finalına doğru

12.04.2016 21:00     Sport reaksiya

Final mərhələsi Kolumbiyada keçiriləcək.

Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin "pley-off" matçları keçiriləcək. ANS PRESS-in məlumatına görə, Azərbaycan millisi doğma meydanda Hollandiya ilə cavab oyununa çıxacaq.

Azərbaycan millisi doğma meydanda Hollandiya ilə cavab oyununa çıxır.


Səfərdəki ilk oyunda 5:1 hesablı qələbə qazanan yığmamız ev matçında azarkeş dəstəyindən yararlanaraq üstünlüyünü qorumaq və dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq iddiasındadı. Bakı İdman Sarayında keçiriləcək görüş saat 20.00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək. Millimiz Hollandiya səddini keçsə, ilk dəfə mundialın final mərhələsində iştirak hüququ qazanacaq.

Futzal üzrə Azərbaycan milli komandası
Futzal üzrə Azərbaycan milli komandası

DÇ-2016
Pley-off

Cavab oyunu
12 aprel
20.00 Azərbaycan - Hollandiya
Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moşe Bohbot (İsrail).
UEFA nümayəndəsi: Kristian Vomiku (Rumıniya).
Hakim-inspektor: Antonio Joze Fernando Kardoso (Portuqaliya).
Bakı İdman Sarayı.

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar