Erməniyə qalib gələn güləşçimiz olimpiadaya vəsiqə qazandı - VİDEO

16.04.2016 17:19     Sport reaksiya     1145

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində Azərbaycan güləşçisi Cəbrayıl Həsənov uğurla çıxış edib. Modern.az-ın məlumatına görə, sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan C.Həsənov ardıcıl olaraq moldovalı Aleksandru Burca, polşalı Kristian Brzozovskiyə qalib gəlib. 
Yarımfinalda erməni idmanşısı Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz finala çıxıb. Nəticədə o, həm də Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəziqə qazanıb.
 

Beləliklə də millimiz “Rio-2016”ya 40-cı lisenziyasını ıldı edib.

Final görüşləri bu gün saat 21:00-da başlayacaq.

Şərhlər