Dünya şöhrətli məşqçi “Mançestr Yunayted”də

17.04.2016 14:13     Sport reaksiya     1407

Klubla məşqçi arasında 3 illik müqavilə bağlanıb.

Dünya şöhrətli baş məşqçi Joze Mourinyonun çalışdırcağı yeni klubu bəlli olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, baş məşqçi İngiltərənin “Mançestr Yunayted” klubu ilə 3 illik müqavilə imzalayıb. O, klubun baş məşqçisi postunda Luis van Qaalı əvəz edəcək. Hazırki baş məşqçi Van Qaal isə mövsüm başa çatan kimi vəzifəsini təhvil verəcək.

"Mourinyo “Mançestr Yunayted” ilə 3 illik müqavilə imzalayıb"

Luis Van Qaal 2014-cü ildən “Mançestr-Yunayted”in baş məşqçisi kimi çalışır. Onun çalışdırdığı London nəhəngi 33 turdan sonra İngiltərə çempionatında 56 xalla 5-ci yeri tutur. Komanda artıq Çempionlar Liqası və Avropa Liqasında çıxışını dayandırıb.

Mançester Mourinyonun məşqçilik karyerasında ikinci ingilis klubu olacaq. O, əvvəllər Londonun "Çelsi" klubuna başçılıq edib və klubla,  dəfələrlə böyük uğurlar əldə edib. Belə ki, o, "Çelsi" komandası ilə 3 dəfə İngiltərə çempionluğu, 1 dəfə ölkə kubokunu əldə edib. Lakin 2015-cü ilin dekabrında istefaya göndərilib. Joze istefa verən vaxt "Çelsi" turnir cədvəlində 16-cü yeri tutub.

Xarici KİV-lər onu da əlavə ediblər ki, Mourinyonun təklifi ilə PSJ-nin hücumçusu Zlatan İbrahimoviçlə də müqavilə imzalanıb.

Joze Maurinyo- Baş məşqçi
Joze Maurinyo- Baş məşqçi

Mourinyo ilə yollarını ayıran "Çelsi futbol klubu"nun yeni baş məşqçi ilə razılığa gəldiyi barədə də bir müddət əvvəl məlumat yayılıb. Mətbuat komandanın italiyalı Antonio Konte ilə razılığa gəldiyini yazıb.

Məlumata görə, gələn mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirən rus milyarder Roman Abramoviçin klubu 46 yaşlı Konte ilə 18 milyon avro qarşılığında 3 illik razılıq əldə edib. Ötən mövsümdə Joze Maurinyo ilə premyer liqada çempionluq  qazanan London təmsilçisi bu il ard-arda qazanılan mənfi nəticələrdən sonra dekabr ayında portuqaliyalı məşqçi ilə yollarını ayırıb.  

 

Şərhlər

Çox oxunanlar