"Qladiator" yığma komandanın baş məşqçisi ola bilər

23.04.2016 19:31     Sport reaksiya

Futbolçu Qazaxıstan Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar aparacaq.

Dünyanın ən emosional futbolçularından biri hesab olunan Cennaro QattuzoQazaxıstan yığmasının baş məşqçisi ola bilər. ANS PRESS-in məlumatına görə,“Piza” klubunun baş məşqçi "qladiator" ləqəbli Cennaro Qazaxıstan Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar aparacaq. Bu barədə "La Gazzetta dello Sport" saytı məlumat yayıb.

"Qattuzo bizə hərtərəfli sərf edir".

"Bizim milli komandamızın səviyyəsi çox da yuxarı deyil. Daha dəqiq desək, bizim istəyimiz kimi deyil. Qattuzo bizə hərtərəfli sərf edir. O, təbiətçə emosional, işgüzar və əsl döyüşçüdür. O, hər zaman lider olmaq istəyir. Bizə isə bu cür baş məşqçi lazımdır. Cennaro bizim ölkədə uzun müddət olmalıdır ki, bizim klublarımızı tanısın",- deyə məlumatda bildirilir.   

Cennaro Qattuzo - "Milan" klubunda çıxış edən zamanı
Cennaro Qattuzo - "Milan" klubunda çıxış edən zamanı

Qazaxıstan yığmasını əvvəl rusiyalı Yuri Krasnojan baş məşqçilik edirdi.  Ötən ilin dekabr ayında  rusiyalı mütəxəssis yığma ilə yollarını ayırıb. Hazırda Qazaxıstanın baş məşqçisi Talqat Baysufinov və Nurken Mazbayevdir. Qattuso 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. Sabiq yarımmüdafiəçi 13 il  "Milan" klubunun şərəfini qoruyub. 

 

Advertisement Banner

Şərhlər