Finalçılar bəlli oldu - YENİLƏNİB

04.05.2016 22:25     Sport reaksiya

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. Apasport.azsaytının məlumatına görə, qarşılaşmalardan biri paytaxtda, digəri əyalətdə baş tutub.

Günün ilk matçı Qəbələdə oynanılıb. Bakıdakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alındığından cavab oyunun gərgin keçəcəyi gözlənilən idi. 

Günün digər matçında isə ilk oyunu 4:0 hesabı ilə qazanıb cavab qarşılaşmasını formallığa çevirən "Qarabağ" "İnter"i sınağa çəkəcək. Bu görüşdən möcüzə gözlənimir. Matçın yeganə maraqlı tərəfi isə onun Masazırda baş tutması olacaq.

"Qarabağ"ın stadionu 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən arenalardan olduğundan Qurban Qurbanovun yetirmələri yeni məkanda meydana çıxacaq. Belə ki, bu səviyyədə oyunlar həyəcanı ilk dəfə Masazırda yaşanacaq.

Artıq çempionluğu bayram edən ağdamlılar ardıcıl ikinci dəfə "Qızıl dubl"a imza atmaq iddiasında olduğunu cavab matçında da göstərməlidi. Artıq finalda olduğu şübhə doğurmayan "Qarabağ" kubokdakı 5 oyunluq qələbə seriyasını uzatmaq niyyətindədi. Yarımfinalı keçmək ümidi qalmayan "İnter" isə yalnız imici üçün "vuruşacaq". Bunun üçün Zaur Svanadzenin yetirmələri minimal hesabla da olsa qalib gəlib, mövsümdə ilk dəfə çempionu məğlub etməlidi.

Azərbaycan kuboku

1/2 final, ilk oyun

4 may (çərşənbə)

"Qarabağ" - "İnter" - 1:0

Qol: Migel Madera, 24

İstifadə edilməyən penalti: Vüqar Nadirov, 66 (qapıçı)

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov

Masazır qəsəbə stadionu

İlk oyun - 4:0

"Qarabağ": 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 4. Eltun Yaqublu, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

"İnter": 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 33. Aqşin Quluzadə, 77. Mirsahib Abbasov

 

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Denis Silva, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 30. Abbas Hüseynov, 39. Elnur Süleymanov

Baş məşqçi: Zaur Svanadze

"Qəbələ" - "Neftçi" - 1:1, pen. 3:4

Qollar: Ermin Zets, 76 - Ruslan Qurbanov, 59

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

İlk oyun - 1:1

"Qəbələ": 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 19. Aleksey Qay (k), 32. Rəşad Eyyubov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 44. Rafael Santos, 21. Arif Daşdəmirov, 8. Məhəmməd Mirzəbəyov, 7. Ermin Zets, 87. Ruslan Abışov, 25. Qismət Alıyev

Baş məşqçi: Roman Qriqorçuk

"Neftçi": 1. Aqil Məmmədov (k), 3. Jairo Filyo Rodriges, 6. Aylton Silva, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə

Baş məşqçi: Vəli Qasımov

----------

19:00

Azərbaycan Kubokunda finalçılardan biri məlum olub. "Neftçi" penalti seriyalarında qalib gələrək finala yüksəlib. 

"Qəbələ" - "Neftçi" - 1:1, pen. 3:4

Qollar: Ermin Zets, 76 - Ruslan Qurbanov, 59

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

İlk oyun - 1:1

"Qəbələ": 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 19. Aleksey Qay (k), 32. Rəşad Eyyubov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 44. Rafael Santos, 21. Arif Daşdəmirov, 8. Məhəmməd Mirzəbəyov, 7. Ermin Zets, 87. Ruslan Abışov, 25. Qismət Alıyev

Baş məşqçi: Roman Qriqorçuk

"Neftçi": 1. Aqil Məmmədov (k), 3. Jairo Filyo Rodriges, 6. Aylton Silva, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə

Baş məşqçi: Vəli Qasımov

Növbəti finalçının taleyinə isə "Qarabağ" - "İnter" oyunundan sonra aydınlıq gələcək.

19:00 "Qarabağ" - "İnter"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
Masazır qəsəbə stadionu

İlk oyun - 4:0

"Qarabağ": 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 4. Eltun Yaqublu, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

"İnter": 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 33. Aqşin Quluzadə, 77. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Denis Silva, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 30. Abbas Hüseynov, 39. Elnur Süleymanov

Baş məşqçi: Zaur Svanadze

----------

16:08

Milli.Az xəbər verir ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsində "Qəbələ" - "Neftçi"oyunu başlayıb.

-----------

09:26

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmalardan biri paytaxtda, digəri əyalətdə baş tutacaq.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Yerli komanda ilə "Neftçi" ilk finalçını müəyyən edəcəklər. Ardıcıl 2 oyunda qarşılaşmış rəqiblər kubokun ilk oyununda 1:1, çempionat matçında isə 2:2 hesablı bərabərliyə razılaşmışdılar. Son 8 gündə 3-cü dəfə qarşılaşacaq rəqiblərdən biri adını finala yazdıracaq.
 
"Qəbələ" - "Neftçi" rəqabətinin 3-cü hissəsi hər iki komanda üçün olduqca vacib əhəmiyyətə malikdir. Roman Qriqorçuk və komandasının əsas hədəfi ilk titula bir az da yaxınlaşmaqdırsa, qonaqlar Avrokuboklara "kəsə yolla" getmək üçün kubokda irəliləməlidirlər. Vəli Qasımovun yetirmələri Premyer Liqadakı uğursuzluğu burada unutdurmaq və həm də ardıcıl 5-ci dəfə final oynamaq üçün bütün gücü ilə mübarizə aparacaqlar.
 
Günün digər matçında isə ilk oyunu 4:0 hesabı ilə qazanıb cavab qarşılaşmasını formallığa çevirən "Qarabağ" "İnter"i sınağa çəkəcək. Bu görüşdən möcüzə gözlənimir. Matçın yeganə maraqlı tərəfi isə onun Masazırda baş tutması olacaq.
 
"Qarabağ"ın stadionu 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən arenalardan olduğundan Qurban Qurbanovun yetirmələri yeni məkanda meydana çıxacaqlar. Belə ki, bu səviyyədə oyunlar həyəcanı ilk dəfə Masazırda yaşanacaq.
 
Artıq çempionluğu bayram edən ağdamlılar ardıcıl ikinci dəfə "Qızıl dubl"a imza atmaq iddiasında olduqlarını cavab matçında da göstərməlidirlər. Artıq finalda olduğu şübhə doğurmayan "Qarabağ" kubokdakı 5 oyunluq qələbə seriyasını uzatmaq niyyətindədir. Yarımfinalı keçmək ümidi qalmayan "İnter" isə yalnız imici üçün "vuruşacaq". Bunun üçün Zaur Svanadzenin yetirmələri minimal hesabla da olsa qalib gəlib, mövsümdə ilk dəfə çempionu məğlub etməlidir.
 
Azərbaycan Kuboku
1/2 final, ilk oyun
4 may (çərşənbə)
 
16:00. "Qəbələ" - "Neftçi"

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
İlk oyun - 1:1
 
19:00. "Qarabağ" - "İnter"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
Masazır qəsəbə stadionu

Reaksiya.info

Advertisement Banner

Şərhlər

Çox oxunanlar