Avstriya qalib gəldi, Almaniya Ukrayna ilə "sülh" bağladı - YENİLƏNİB

05.05.2016 20:08     Sport reaksiya     1264

Milli.Az bildirir ki, Bakıda U-17-lər arasında AÇ-2016-nın final mərhələsi çərçivəsində növbəti oyun başa çatıb

Ukrayna - Almaniya - 2:2

Qollar: Denis Yanakov, 33; Sergey Buletsa, 67 - Yari Otto, 37; Frankis Şirek, 74

Hakimlər: Qunnar Yarl Yonsson (İslandiya), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Əliyar Ağayev (Azərbaycan)

8-ci km qəsəbə stadionu

----------

16:30

Milli.Az bildirir ki, Bakıda U-17-lər arasında AÇ-2016-nın final mərhələsi çərçivəsində ilk oyun başa çatıb.

Avstriya - Bosniya və Herseqovina - 2:0

Qollar: Kristof Baumqartner, 18, 36

Hakimlər: Petr Ardeleanu (Çexiya), Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Alen Duro (Lüksemburq)

Bakı Olimpiya Stadionu

----------

14:02

Milli.Az bildirir ki, Bakıda U-17-lər arasında AÇ-2016-nın final mərhələsi çərçivəsində ilk oyun - Avstriya - Bosniya və Herseqovina matçı başlanıb.

U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, I tur
 
B qrupu

Avstriya - Bosniya və Herseqovina
Hakimlər: Petr Ardeleanu (Çexiya), Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Alen Duro (Lüksemburq)
Bakı Olimpiya Stadionu

---------

08:33

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,A və B qrupunun komandaları I turun oyununa çıxacaqlar.

Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcək. 8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanı sınağa çəkəcək.
 
Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olacaq. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya ilk xal üçün mübarizə aparacaq. Günün son qarşılaşması Bakı Olimpiya Stadionuna təsadüf edəcək. 19:30-da start götürəcək açılış mərasiminin ardınca yığmamız meydana çıxacaq. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya ilə qarşılaşacaq.
 
U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, I tur
 
B qrupu
 
14:00. Avstriya - Bosniya və Herseqovina
Bakı Olimpiya Stadionu
 
17:00. Ukrayna - Almaniya
8-ci km qəsəbə stadionu
 
 
A qrupu
 
19:00. Belçika - Şotlandiya
8-ci km qəsəbə stadionu
 
20:00. Azərbaycan - Portuqaliya
Bakı Olimpiya Stadionu

Şərhlər