Çunayev erməni güləşçini peşman etdi - VİDEO

06.05.2016 18:48     Sport reaksiya     1109

Türkiyədə keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda mübarizə aparan azərbaycanlı güləşçi Rəsul Çunayev finala vəsiqə qazanıb.

Reaksiya.info xəbər verir ki, o, yarımfinalda erməni əsilli güləşçi, Fransanı təsmil edən Artak Marqaryana qalib gəlib. 

Güləşçimiz təmiz qələbə ilə finala adlayıb. O, 8:0 hesablı qələbə qazanıb.

Çunayev finala çıxmaqla həm də Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Şərhlər