"Ölkə çox pis vəziyyətdədir, Olimpiadaya gəlməyin"

10.05.2016 19:05     Sport reaksiya     1266

Braziliya yığmasının sabiq futbolçusu azarkeşlərə səslənib.

Braziliya yığmasının sabiq futbolçusu Rivaldo idman sevərlərə səslənib. ANS PRESS-in məlumatına görə, futbolçu idman həvəskarlarını Rio-de-Janeyrodakeçiriləcək Yay Olimpiya Oyunlarını boykot etməyə çağırıb. Onun sözlərinə görə, ölkədə vəziyyət sabit deyil.

"Braziliyada vəziyət çox pisləşir".

Əfsanəvi futbolçu "İnstagram" səhifəsində öldürülən qızın şəklini paylaşaraq bu sözləri yazıb: "Rioda quldurlar 17 yaşlı qızı öldürüblər. Braziliyada vəziyyət çox pisləşir. Məsləhət görərdim ki, heç kim Olimpiadaya gəlməsin. Sizin bu ölkədə həyatınız təhlükə altında olacaq. Mən səhiyyədə problemlər barədə artıq susuram. Burada siyasi xaos tüğyan edir. Yalnız Allah bizim ölkəmizi biabırçılıqdan xilas edə bilər”. 

Olimpiya Oyunları 5-21 avqust tarixində Rio-de-Janeyroda keçiriləcək. Rivaldo Braziliya yığması ilə 2002-ci ildə Dünya çempionu olub. Karyerasının 5 ilini"Barselona"da keçirib. Rivaldo "Barsa"da 157 oyuna 86 qol vurub. "Milan" ilə "Çempionlar Liqasının qalibi olub. 1999-cu ildə "Qızıl Top" mükafatına layiq görülüb. Hazırda Rivaldo "Moji Mirin" klubunun idman direktorudur. 

Rivaldo "Barselona"da forma geyinən zaman

 

Şərhlər

Çox oxunanlar