"Son vaxtlar "Neftçi" rəhbərliyi ilə yanaşı..."

21.05.2016 15:27     Sport reaksiya     1236

Məşqçi cari mövsüm haqqında jurnalistlərin suallarını cavablandırıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatının kubokunu Ağdama apara biləcəyini deyib. ANS PRESS-in məlumatına görə, məşqçi AZAL ilə qarşılaşmadan sonra mətbuat konfrasında cari mövsüm haqqında jurnalistlərin suallarını cavablandırıb.

"Çempionluq bütün idmançıların arzusudur. Buna nail olduqdan sonra istəyirsən ki, yenə uğura imza atasan. Üç ildir ki, "Qarabağ" çempionluq kubokunu başı üzərinə qaldırır. Bu da sevindiricidir. Əlbəttə ki, yenə öz üzərimizdə daim çalışmalıyıq. Bu, məsuliyyəti daha da artırır". Qurban Qurbanov bildirib ki, qısa bir zamanda çempionluğu unudub artıq ölkə kubokunda qarşılaşacağı “Neftçi” ilə oyuna köklənməlidir.

"Neftçi” son dövrlər çox yaxşı oynayır. Oyun sistemində də dəyişiklik edilib. Bu da bizi düşünməyə məcbur edir. Kubok oyunu tam fərqli olur. Rəqibin çox sürətli və istəkli futbolçuları var. Kuboku qazanmaq istəyirik. Biz də bu məsuliyyəti hiss edib ciddi hazırlaşmalıyıq. Final oyununun favoriti yoxdur".

"Qarabağ"-AZAL qarşılaşması

Məşqçi oyundan sonra mükafatlandırma mərasimində komandanın prezidenti Tahir Gözəl azarkeşlərə kuboku Ağdama apara biləcəkləri haqqında danışıb. 

“Bizim belə bir planımız var. Amma bunun üçün müvafiq orqanlarla danışmaq lazımdır ki, cəbhə bölgəsində hər hansı problem olmasın. Amma belə biz oraya yollanmağa nə vaxt lazım olsa, hazırıq". 

"Qarabağ" klubu Azərbaycan çempionu oldu
"Qarabağ" klubu Azərbaycan çempionu oldu

Ötən gün Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ” klubuna çempionluq kuboku və qızıl medallar təqdim olunub. 

Elitanın sonuncu turunda  "Qarabağ" AZAL-ı 3:0 hesabı ilə məğlub edib.  Ağdamlılara çempionluq kuboku və qızıl medallar təqdim olunarkən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov alqışlanılası addım atıb. Qurbanov qızıl medalı fiziki qüsurlu "Qarabağ" azarkeşlərindən birinə  hədiyyə verib.

Mayın 25-də "Qarabağ” və "Neftçi” arasında Azərbaycan Kubokunun final görüşü keçiriləcək. Kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüşdə nominal meydan sahibi "Qarabağ” klubu olacaq. 

 

Şərhlər