Messi məhkəmə qarşısında - FOTOLAR

02.06.2016 16:31     Sport reaksiya     1404

İspaniyanın Barselona komandasının argentinalı ulduz futbolçusu Lionel Messi bu gün hakim qarşısına çıxıb.

Reaksiya.info ans-ə istinadən bildirir ki, onun mencerliyini edən atası Xorxe Horasio Messi haqqındakı vergidən yayınma ilə bağlı məhkəmə davası Barselona məhkəməsində davam edib.

Futbolçu atasının məhkəməsində şahid qismində ifadə verib. 

Ulduz futbolçunun atasının ittihamı ilə bağlı proses 2013-cü ildən başlayıb. 

Barselona hakimi Raquel Amado tərəfindən 2013-cü ildə başlanan məhkəmədə Messi və atasının 2007, 2008 və 2009-cu illərdə gəlir vergisi bəyannamələrində 4 milyon avrodan çox qanunsuzluq etdiyi, bu pulu ödəmədiyi halda həbs edilə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Vergidən yayaınmaqda ittiham edilən oyunçunun 22 ay 15 gün müddətinə həbsi istənilib. 

Xorxe Messi oğlunun pul məsələləri ilə maraqlanmadığını deyərək bütün məsuliyyəti üzərinə götürüb. O, hadisələrin yanlış anlaşılmadan qaynaqlandığını deyib. 

Sadəcə, "Barselona"dan ildə 16 milyon avro qazanan Messinin dünyanın müxtəlif ölkələrində milyonllarla dollarlıq sponsorluq razılaşmaları var.

2013-cü ildə baş tutan məhkəmə prosesi zamanı məhkəmə qarşısına toplaşanların bir qismi argentinalı ulduzu "oğru, qaçaq" adlandırıb, digər qrup isə ona sevgilərini bildirib.

Polis qruplar arasında baş verə biləcək qarşıdurmaları nəzərə alaraq ulduz futbolçunun yanından ayrılmayıb. 

Şərhlər