"Formula-1"ə hazırlaşan Bakıdan son - FOTOLAR

03.06.2016 18:15     Sport reaksiya     1413

İki həftə sonra Azərbaycan növbəti dəfə mühüm bir beynəlxalq tədbirə evsahibliyi edəcək. Belə ki, 2016-cı il "Formula-1" mövsümünün Avropa Qran-prisi məhz Azərbaycanda, paytaxt Bakıda keçiriləcək.

Reaksiya.info azerbaijan-news.az-a istinadən bildirir ki, yarışa hazırlıq artıq yekunlaşmaq üzrədir. Bakı Şəhər Halqasında azarkeşlərin rahat şəkildə yarışı izləmələri üçün bir neçə yerdə xüsusi tribunalar quraşdırılıb. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək.

6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı "Formula-1" iştirakçıları və azarkeşləri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahil boyu hissəsini özündə birləşdirən Bakının simasını görəcəklər. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. 
Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edəcək.

Start və finiş xətti Azadlıq meydanında olacaq.

Yarış hazırlıqlarından çəkilmiş fotoları təqdim edirik:

Reaksiya.info

Şərhlər