Məhəmməd Əlinin son görüntüsü

05.06.2016 16:41     Sport reaksiya     1223

74 yaşında vəfat edən əfsanəvi boksçu Məhəmməd Əlinin son görüntüsü yayılıb.

Axar.az xəbər verir ki, Məhəmməd Əli son dəfə aprelin 8-də Arizonada bir yardım kampaniyasına qatılıb. Boksçunun bu tədbir zamanı çəkilən fotosu sosial şəbəkədə yayılıb.
 
Əfsanəvi boksçunun qızı Hana sosial mediada yayımladığı açıqlamada bunları yazıb:
 
"Atamın bütün orqanları dayandı, ürəyi isə düz 30 dəqiqə döyündü. Bu, görünməmiş hadisə idi".
 
Qeyd edək ki, Məhəmməd Əli iyunun 3-də vəfat edib.

Şərhlər

Çox oxunanlar