"Formula 1"in ikinci günü başladı - VİDEO - FOTOLAR

18.06.2016 16:47     Sport reaksiya     1515

L.Hamilton Bakı trekini 1 dəqiqə 46 saniyəyə keçib.

Saat 13:00-da start götürən "Formula 1" Avropa Qran Prisinin birinci test yürüşü başa çatıb. Hər biri iki pilotdan ibarət 11 komandanın qatıldığı yarışda “Mercedes”in sürücüsü Luis Hamilton birinci olub. L.Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 46 saniyə təşkil edib.

Niko Rosberq qalibdən 0,377 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb. Valtteri Bottas (Williams) isə ilk üçlüyü tamamlayıb (1 dəqiqə 47,096 saniyə).

Fernando Alonso (“McLaren”) isə yürüşü dördüncü pillədə başa vurub.

Yarış bəzi pilotların səhvləri və qəzalarla yadda qalıb. ANS PRESS-in məlumatına görə, Daniil Kvayt və Roman Qrosjeandan (“Haas”) sonra, Felipe Nasr (“Sauber”) da döngədə düz yola girməyib.
İtaliyalı pilot Serxio Perezin (“Force İndia”) bolidinin arxa təkəri çıxıb. Onun bolidi yararsız vəziyyətə düşüb.

14:25 / Test yürüşü qəza ilə başladı

"Formula 1" Avropa Qran Prisinin üçüncü test yürüşündə növbəti qəza baş verib. ANS PRESS-in məlumatına görə, “Red Bull Racing” komandasında rusiyalı Daniil Kvayt yolu səhv salaraq bolidi ilə yüngül qəzaya düşüb. 

Xoşbəxtlikdən qəza yüngül olub və pilotlar yürüşü davam etdirir. 

14:05 / "Formula 1" üzrə üçüncü test başladı

Bakı trekində "Formula 1" pilotları gücünü sınayır. Saat 14:00-da "Formula 1" üzrə üçüncü test başlayıb.

Yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb.

Pilotlar öz bolidləri ilə bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. Təsnifat (sıralama) yürüşünə isə saat 17:00-da start veriləcək.

Saat 18:00-a kimi isə "Formula 1"in sıralama turu olacaq. Burada sabahkı yarışda bolidlərin start yerləri müəyyənləşəcək.  

13:05 / GP2 yarışı bitdi

Bu gün saat 12:00-da Bakıda başlayan GP2 üzrə birinci yarış başa çatıb. ANS PRESS-in məlumatına görə, yarış 32 dövrədən ibarət olub. 

Yarışın qalibi  Antonio Covinatsi (Prema Racing) olub. İkinci pillədə Sergey Sirotkin (ART Grand Prix) qərarlaşıb. İlk üçlüyü isə Rafael Marçello (Russian Time) qapayır. 

Saat 14:00-da "Formula 1" üzrə üçüncü test, saat 17:00-dan 18:00-a kimi isə "Formula 1"in sıralama turu olacaq. 

12:50 / Bakı trasında qəza

Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günündə qəza baş verib. ANS PRESS-in məlumatına görə, GP2 seriyası üzrə birinci yarışda Bakı trekində iki bolid toqquşub.

Artyom Markelovun (Russian Time) bolidi Norman Natonunku (Racing Engineering) ilə toqquşub. Markelovun bolidinin təkəri sıradan çıxıb. Pilot yarışdan uzaqlaşmalı olub.

12:12 / Enrike İqlesias bulvarda konsert verəcək

Dünya şöhrətli məşhur müğənni Bakıda. ANS PRESS-in məlumatına görə, bu gün Enrike İqlesias Formula-1 azarkeşlərinə unudulmaz anlar bəxş edəcək.

İfaçının konserti günün sonunda – axşam saat 20:00-da bulvar ərazisində olacaq. 

12:03 / GP2 üzrə birinci yarış keçirilir

Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb. ANS PRESS-in məlumatına görə, "Formula-1" Avropa Qran Prisinin ikinci günündə həm GP2, həm də "Formula-1" üzrə yarışlarda pilotlar arasında gərgin mübarizə gözlənilir. 

İlk olaraq GP2 üzrə birinci yarış keçiriləcək. Yarış 32 dövrədən ibarətdir. 

Daha sonra isə Bakı trekində "Formula 1" pilotları gücünü sınayacaq. Saat 14:00-da "Formula 1" üzrə üçüncü test, saat 17:00-dan 18:00-a kimi isə "Formula 1"in sıralama turu olacaq. Burada sabahkı yarışda bolidlərin start yerləri müəyyənləşəcək.  

Qran Prinin birinci günündə "Formula 1" və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunub. “Mercedes”in pilotu Luis Hemilton Bakıdakı ilk sınaq yarışı zamanı ən yaxşı nəticəni göstərib. 

Pilotlar üçün yeni olan trassda səhvlər də az olmayıb: Esteban Qutyerres, Daniil Kvyat, Sebastyan Fettel, Markus Erikson, Kevin Maqnussen və Colion Palmer yollarını azıblar.

Trekin 15-ci döngəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyib.

Nəticədə onun bolidi yararsız hala düşüb. D.Rikkardonun özü isə xəsarət almayıb.

Reaksiya.az

 

Şərhlər