Rusiyanın məşhur boksçusu tədbirdə iştirak edib - FOTOLAR

11.07.2016 13:00     Sport reaksiya     1435

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə " “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində baş tutan basketbol üzrə final yarışması keçirilib. Bu barədə Reaksiya.az – a İB - nin sədri İradə Rizazadə məlumat verib. O, bildirib ki, tədbirdə hal-hazırda Bakıda olan Rusiyanın tanınmış boks döyüşçüsü, Rusiya çempionu və beynəlxalq "A" kateqoriyalı boks yarışmasının qalibi Valeriy Myasnikov da iştirak edib. Final yarışını izləyən Valeriy sonda çıxış edərək şagirdlərə uğurlar arzuyıb və qalib komanda iştirakçılarını təbrik edib. Sonda şagirdlərlə xatirə şəkilləri çəkdirib.

 

Şərhlər