Azərbaycanlı futbolçu “Trabzonspor”da -RƏSMİ

12.07.2016 18:05     Sport reaksiya     1311

Azərbaycanlı futbolçu Ramil Şeydayev Türkiyənin 4 nəhəng klubundan biri olan “Trabzonspor”la rəsmi müqavilə imzalayıb. 
 
"Reaksiya.az" Moderator.az-a istinadən xəbər verir ki, azad agent statusu ilə türk klubuna transfer olunan Şeydayevin hər il alacağı maaş da müəyyənləşib. O, birinci il 430 min, ikinci il 350, üçüncü il 400, dördüncü il isə 500 min avro məbləğində maaş alacaq.
Qeyd edək ki, Ramil Şeydayev   “Trabzonspor”a qədər “Zenit” klubunun hücumçusu olub. Atası azərbaycanlı olan futbolçunun gələcəkdə Azərbaycan millisində oynamaq ehtimalı da var. 

Şərhlər