Türkiyə və Rusiyanın futbol yığmaları yoldaşlıq görüşü keçirəcək

28.07.2016 14:13     Sport reaksiya     1022

Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

 

APA-nın Türkiyənin “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, yoldaşlıq görüşünün avqustun 31-də Antalyada keçirilməsi planlaşdırılır. Avqustun 9-da Rusiyaya yola düşəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putini matça dəvət edəcəyi gözlənilir. Yoldaşlıq görüşünün keçirilməsi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində önəmli addım kimi qiymətləndirilir.

 

Reaksiya.az

Şərhlər