"Qarabağ" - "Viktoriya" oyunu türkiyəli hakimə tapşırıldı

29.07.2016 13:30     Sport reaksiya     1091

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "Viktoriya" cavab oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, görüşü Hüseyn Göçek idarə edəcək. Ona Mustafa Əmrə Eyisoy, Kemal Yılmaz köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək.
 
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" oyunu avqustun 2-i keçiriləcək.
 

Şərhlər