XXXI Yay Olimpiya oyunları başa çatıb

22.08.2016 10:35     Sport reaksiya     1218

Beynəlxalq Olimpiya komitəsinin prezidenti Tomas Bax XXXI Yay Olimpiya Oyunlarını bağlı elan edib.
 
Rio Olimpiadasında Azərbaycan idmançıları 18 medal qazanıblar:1 qızıl, 7 gümüş və 10 bürünc medal.

Qeyd  edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.

Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks)

 

Reaksiya.az

Şərhlər