Prezident İlham Əliyev Zabit Səmədovla görüşüb

03.09.2016 10:50     Sport reaksiya     1329

 Azərbaycan Prezidenti İlham Əliyev Qroznıda Rusiya Federasiyasının Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşüb.
 
“Report”un xəbərinə görə, dövlət başçısı Z.Səmədovu qazandığı qələbə münasibətilə təbrik edib. 
 
Z.Səmədov görüşlə bağlı özünün rəsmi "Facebook" səhifəsində də yazıb. O, Prezidentlə görüşü vacib hadisə adlandırıb: “Nəhayət ki, mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Mən vətənpərvərəm, xalqıma, Prezidentimə, onun müdrik siyasətinə hörmətlə yanaşıram. Gələcək döyüşlərdə də xalqımın və ölkəmin şərəfini qoruyacağam”.
 
 

Şərhlər