Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibləri müəyyənləşib

 Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün son turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, sonuncu 11-ci turda kişilərin yarışlarında Azərbaycanın birinci kişilərdən ibarət əsas yığmamız Türkmənistan millisi ilə münasibətləri ayırd edib.
 
Azərbaycanın ikinci komandası Boliviya, üçüncü yığması isə Albaniya ilə üz-üzə gəlib.
 
Qadınlardan ibarət şahmatçılarımız da son turun görüşlərini keçiriblər. Olimpiadada iştirak edən millilərimiz müvafiq olaraq Malayziya, İran və Makedoniya qrossmeysterləri ilə qarşılaşıblar. Qadınlardan ibarət birinci komandamız yarışı 8-ci pillədə başa çatdırıb.
 
Bakı Şahmat Olimpiadası
X tur
 
Kişilər
 
Turnir cədvəli: 1. ABŞ - 20 xal; 2.Ukrayna – 20; 3. Rusiya – 18; …12. Azərbaycan-1 – 15; ...26. Azərbaycan-2 - 14, ...49. Azərbaycan-3 - 13.
 
 Qadınlar
 
Turnir cədvəli: 1. Çin - 20 xal; 2. Polşa - 17; 3. Ukrayna – 17; ...8. Azərbaycan-1 - 16, ...30. Azərbaycan-2 – 13; ...32. Azərbaycan-3 - 13.  
 
Beləliklə, kişilərin yarışında sonuncu turdan sonra hesabında 20 xal olan ABŞ və Ukrayna birinci və ikinci pillənin sahibi olublar. Rusiya millisi isə 17 xalla yeri tutub.
 
Qadınların yarışında  Çin şahmatçıları 20 xalla qalib olublar.  Polşa 17 xalla ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub.
 
 
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar