Azərbaycan millisi dünya çempionatının 1/8 finalına yüksəlib

19.09.2016 09:01     Sport reaksiya     1066

 Kolumbiyada keçirilən  futzal üzrə dünya çempionatında Azərbaycan millisi qrup mərhələsində üçüncü oyununu keçirib.
 
APA-nın məlumatına görə, yığmamız Medelyin şəhərində İran futzalçıları ilə qarşılaşıb.
 
Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb.  Millimiz İranla eyni xal toplayıb, lakin top fərqinə görə turnir cədvəlində rəqibini qabaqlaya bilib. Futzalçılarımız 1/8 finalda Tailand yığması ilə qarşılaşacaq.
 
Xatırladaq ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk oyunda Mərakeşi 5:0 məğlub edib, İspaniyaya isə 2:4 hesabı ilə uduzub.
 
Azərbaycan-İran 3:3
Qollar: Tyaqu, Qallo (2):  İsmayılpur, Tavakoli, Tayebi
 
 

Şərhlər