"Sumqayıt" səfərdə "Neftçi"yə qalib gəlib

27.09.2016 22:33     Sport reaksiya     1169

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. 

"Report"un məlumatına görə, turun son oyununda "Neftçi" Sumqayıtın eyniadlı komandasını qəbul edib.

"Əlincə Arena"da keçirilən matçda topa ilk toxunuşu meydan sahibləri ediblər. İlk dəqiqələrdən hücuma keçən "Neftçi" 6-cı dəqiqədə hesabı açıb. Cavid İmamverdiyev topu tora qovuşdurub. 13 dəqiqə sonra isə Yusif Nəbiyev hesaba tarazlıq gətirib - 1:1. Komandalar qalan dəqiqələrdə hücumlar etsə də, oyunun birinci hissəsi bu hesabla yekunlaşıb.

İkinci hissədə qonaqlar aktivliyi artırıb. Bunun məntiqi nəticəsində oyunun 71-ci dəqiqəsində Seymur Əsədov komandasının ikinci topunu vurub. Qarşılıqlı hücumlara baxmayaraq, oyunda hesab dəyişməyib və "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə "Neftçi" 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Sumqayıt" isə 7 xalla "Kəpəz"lə 4-5-ci pillələri bölüşür.

 

Reaksiya.az

Şərhlər