Teymur Rəcəbov İspaniya çempionu oldu

İspaniyada şahmat üzrə klublararası ölkə çempionatı keçirilib.

APA-nın məlumatına görə, 8 komandanın iştirak etdiyi yarışın qalibi azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun heyətində yer aldığı “Sestao Fundasion” olub.

Həmyerlimizin klubu 7 tura 13 xal toplayıb. Son aylar formada olmayan Rəcəbov komandasına çıxış etdiyi I lövhədə 2 xal qazandırıb. “Sestao Fundasion” isə ən yaxın izləyicisi “Merida Patrimonio de la Humanidad”ı 4 xal qabaqlayıb.

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar