Maradona: "Mafiya karyeramı bitirdi"

18.10.2016 22:55     Sport reaksiya     1300

"Napoli" forması ilə iki liqa və bir də UEFA Kuboku çempionluğu yaşayan Maradona İtaliyada komanda çalışdırmaq istədiyini, ancaq bəzi maneələri aşa bilmədiyini söyləyib.
 
Musavat.com xəbər verir ki, canlı əfsanə maneələrlə bağlı bunları deyib: "Menecer mafiyasına ödəmə etmədiyim üçün məni İtaliyada işləməyə qoymurlar. 15 il əvvəl "Real Madrid" və "Milan" kimi komandalar baş məşqçilərini çox rahat şəkildə seçə bildirdilər. İndi isə bu menecerlər sizə öz müştərilərini göndərir. Məsələn, Rafael Benitezə hörmətim var, amma "Real Madrid"də elə bir heyətlə nəticə əldə edə bilməyən şəxs bundan qısa müddət sonra "Nyukasl Yunayted"lə üçillik müqaviləyə imza atır. Bunu açıqlaya bilərsinizmi? Hamısı sözümün əvvəlində dediyim kimidir, menecer mafiyası... Onlar mənim məşqçilik karyeramı bitirdi".
 
 

Şərhlər