Hidayət Türkoğlu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

26.10.2016 23:13     Sport reaksiya     1377

Türkiyə Basketbol Federasiyasının (TBF) rəhbərliyinə seçkilər keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti postuna Hidayət Türkoğlu seçilib.
 
“Ay-ulduzlular”ın əfsanəvi basketbolçusu rəhbər vəzifəsinə yeganə namizəd olub. Seçkilərdə 143 nəfərdən 113-ü onun lehinə səs verib. Nəticədə Türkoğlu qarşıdakı 4 il üçün TBF-nin prezidenti seçilib.
 
Seçkidən sonra açıqlama verən veteran basketbolçu bildirib ki, həyatının ən xoşbəxt günlərini yaşayır: “Mənə dəstək olanlara təşəkkür edirəm. Bu diqqətə layiq olmağa çalışacam”.
 
Seçkilərdə həmçinin federasiyanın digər vəzifələrinin də yeni sahibləri müəyyənləşib
 
 

Şərhlər