Mübarizə son turadək gedəcək.

04.11.2016 12:06     Sport reaksiya     1217

"Hamını təbrik edirəm. Çox ağır oyunda qələbə qazandıq. Hər şey düşündüyümüz kimi alındı. Futbolçularıma təşəkkür edirəm ki, belə vəziyyətdə özlərində oldular. Fikrimcə, çox yaxşı komandaya qalib gəldik və şanslarımızı artırdıq. Rəqib çox yaxşı komandadı. Onlara gələn oyunlarda uğurlar arzulayıram". Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
UEFA Avropa Liqasının qruip mərhələsində səfərdə PAOK-a qalib gələn ağdamlıların çalışdırıcısı matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Miçeli meydana buraxdız və qələbə gətirən qolu vurdu...
 
- Bəzən əvəzetmələr uğurlu alınır. Rahid bu gün çox iş gördü. Oyunun əvvəlində rəqib komandanın sağ cinahı çox güclü hücumlar qururdu. Həmin cinahda Maksim, Rahid və Qara çox böyük iş gördülər. Bir-birini tamamladılar. Miçel çox təcrübəli oyunçudu. Bu gün də öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Qol vurmasaydı da, onun oyunundan razı qalacaqdım. Ümumiyyətlə hamının oyunundan razı qaldım. Komanda çox soyuqqanlı idi.
 
- Komandanın növbəti mərhələyə keçmək şansını necə dəyərləndirirsiz?
 
- Hər uğurlu oyundan sonra məsuliyyət bir az da artır. Bu qələbə həm də, işimizi bir az da çətinləşdirdi. Ancaq şansımız var. Lakin məncə, PAOK-un da hələ də, mərhələ keçmək şansı var. Mübarizə son turadək gedəcək.
 
- Rəqibi yaxşı öyrənmişdiz. PAOK-la oyunda sizı çətinlik yaradan əsas məqam nə oldu?
 
- Çətinlik həm evdə, həm də burdakı oyunda oldu. Xüsusilə, rəqibin hücum xətti çox yaxşı idi. Topla yaxşı davranırdılar. Bisesvar bir epizodda müdafiəçimizi keçəndə çox böyük təhlükə yaşadıq. Ancaq yaxşı ki, həmin epizodda hücumu zərərsizləşdirə bildik. Bir də, rəqib standart vəziyyətlərdə, xüsusilə, küncdən zərbələr zamanı çox böyük təhlükə yaradırdı. Hər iki oyunda böyük çətinlik çəkdik.
 
- PAOK-unn əsas zəif cəhəti hansı idi?
 
- Rəqibin bir neçə üstün cəhəti var idi. PAOK-a zəif deməzdim. Çox yaxşı təşkilatlanmış komandadı.

Şərhlər