Avropa çempionatı: - Hidayət Heydərov yarımfinala, Telman Vəliyev isə dörddəbir finala yüksəlib

11.11.2016 16:50     Sport reaksiya     1716

Noyabrın 11-də Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

Gununsesi.info-nun məlumatına görə, cüdocumuz Telman Vəliyev (66 kq) səkkizdəbir final döyüşündə ispaniyalı Alberto Martin Qaitero ilə görüşüb. Rəqibindən güclü olan Telman dörddəbir finalda Matteo Medves (İtaliya) ilə qarşılaşacaq.

Digər təmsilçimiz Hidayət Heydərov (73 kq) dörddəbir mərhələdə kosovalı cüdoçu Akil Qjakova ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz yarımfinalda rusiyalı Sayan Öndər ilə qüvvəsini sınayacaq.

Səkkizdəbir finalda Yorre Verstraetenlə (Belçika) üz-üzə gələn Davud Məmmədsoy (60 kq) isə çempionatda çıxışını başa vurub.

Şərhlər