İspaniya mediası Bakıdakı yarışdan yazdı.

04.05.2017 13:21     Sport reaksiya     1382

İspaniyanın velosiped idmanı üzrə ixtisaslaşmış “esciclismo.com” portalı “Tour d’Azerbaidjan-2017” veloturundan yazıb.

Reaksiya. az xəbər verir ki, portal Azərbaycanda keçirilən yarışın ilk mərhələsinin nəticələri haqqında məqalə dərc edib.

Yazıda deyilir ki, ilk yarış günündə iştirakçılar Bakıdan Sumqayıtadək olan məsafəni qət ediblər. İlk mərhələdə estoniyalı Mikel Raim qalib olub. O, ikinci mərhələdə liderliyini qorumağa çalışacaq. İkinci mərhələdə idmançılar Bakıdan İsmayıllıyadək olan 187 kilometr məsafəni qət edəcəklər.

 

Reaksiya.az

Şərhlər