Heydər Əliyev kuboku uğrunda futbol üzrə turnirin kubokunun təqdimatı keçirilib

05.05.2017 12:16     Sport reaksiya     1392

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirin kubokunun təqdimatı keçirilib.

"Report"un məlumatına görə, mərasimdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak ediblər.

Tədbirdə bildirilib ki, mayın 26-da start götürəcək turnirdə 6 - 8 komandanın iştirakı nəzərdə tutulub. Reqlamentə əsasən komandalar iki qrupa bölünəcək. Qalibə kubok, 2 və 3-cü yerkərin sahiblərinə isə medallar təqdim ediləcək. Həmçinin digər nomisyalar üzrə qaliblər də təltif olunacaqlar.

Türkiyədə hazırlanan kubokun hündürlüyü 83 sm, çəkisi 12 kq-dır. Baş mükafatın üzrərində H.Əliyevin rəsmi əksini tapıb və qızıl suyuna çəkilib.

Qeyd edək ki, "Heydər Əliyev kuboku" ikinci dəfə təşkil olunacaq. Ötən il baş tutan yarışın qalibi Neftçala klubu olub.

Reaksiya.az

Şərhlər