Azərbaycan futbolunda inqilab: - Qurban Qurbanov milliyə gətirilir

13.06.2017 12:09     Sport reaksiya     1649

Qurban Qurbanov futbol üzrə milli komandaya baş məşqçi gətirilir.

Reaksiya.az Missiya.az-a istinadən xəbər verir ki, AFFA rəsmiləri Prosineçkiylə vidalaşaraq, baş məşqçi postuna “Qarabağ”ın təcrübəli çalışdırıcısını gətirir.

Mənbənin dediyinə görə, Prosineçki artıq “Bursaspor”la razılaşıb və karyerasını Türkiyə klubunda davam etdirəcək. “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın yaxınlarda milliləşdirilməsi də Qurban Qurbanovun yığmaya hazırlanması yolunda addım olaraq göstərilir. “Qarabağ” yeni çalışdırıcısı isə komandanın lideri Rəşad Sadıqov olacaq.

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli yığma komandası “DÇ-2018″in seçmə mərhələsində 6 oyundan sonra 7 xal toplayıb.

Reaksiya.az

Şərhlər