"Qarabağ" 3 milyona futbolçu transfer edir

"Qarabağ" 3 milyona futbolçu transfer edir
Tarix: 29.08.2017 11:00
Oxunma sayı: 599
Paylaş:

"Qarabağ" braziliyalı futbolçu transfer edir

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, "Qarabağ" PAOK-un futbolçusu Pedro Enrikeni transfer etməyə çalışır. Həmkarlarımız iddia edir ki, braziliyalını bir illik icarəyə götürmək və sonradan 3 milyon avro ödəməklə transfer hüququnu almaq istəyir.

Pedro Enrike Braziliyanın "Avenida" və "Kaxias" klublarında oynadıqdan sonra - 2012-ci ildə İsveçrənin "Sürix" klubuna keçib. O, 2014-cü Fransanın "Renn" klubuna 400 min avroya transfer olunb. PAOK isə bu ilin yanvarında 27 yaşlı yarımmüdafiəçini 1,6 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.

Xatırladaq ki, Q.Qurbanov açıqlamasında bəzi klublarla danışıqlar apardığını, həm hücuma, həm də yarımmüdafiəçi mövqelərinə oyunçu axtardığını bildirmişdi.

Reaksiya.az

Şərhlər