Şəmkir rayon birinciliyinin açılış mərasimi keçirilib

Şəmkir rayon birinciliyinin açılış mərasimi keçirilib
Tarix: 29.08.2017 18:12
Oxunma sayı: 607
Mənbə: Reaksiya.az
Paylaş:

Bu gün Şəmkir Olimpiya İdman Kompleksinin futbol meydançasında Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şəmkir Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib. 

Reaksiya.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsidir.
 
 
 
Açılış mərasimində çıxış edən Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov tədbir iştirakçılarına turnirin keçirilməsinin məqsədi, qaydaları və ümumilikdə turnir barədə ətraflı məlumat vermişdir.
 
Çıxış edən tanınmış şəmkirli futbolçu Rövşən Əmiraslanov, futbolun fəxri azarkeşi İdris Hüseynov Şəmkir futbolunun keçdiyi şanlı tarix barədə məlumat vermişdirlər. Bildirilmişdir ki, bu gün Şəmkir rayonunda futbolun inkişafına göstərilən dəstək gələcəkdə istedadlı futbolçuların yetişməsinə mühüm töhvlərini verəcəkdir. 
 
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov bu turnirin keçirilməsinin xüsusi əhəmiyyətli və vacib olmasını bildimişdir. 
 
Qeyd etmişdir ki, Şəmkir rayonunda idmanın bütün sahələrinə diqqət və qayğı göstərilməsi bu gün ən vacib vəzifələrdəndir. Turnir iştirakçılarına xoş səmimi sözlərini və xoş arzularını çatdıran cənab Alimpaşa Məmmədov öz xeyir duasını vermişdir. 
 
Qeyd edək ki, futbol turniri püşkatma nəticəsində 4 qrup sistemi üzrə, 14 komandanın iştirakı ilə keçirilir.
 
 
Turnirin açılış oyunu Şəmkir Olimpiya İdman Kompleksində, digər qarşılaşmalar isə Kür qəsəbə, Zəyəm qəsəbə, Çinarlı qəsəbə stadionlarında keçiriləcək.
 
Turnirin final oyunu dekabrın 26-da Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.
 
Rəsmiyyə Allahverdiyeva
 

Şərhlər