Şəmkirin Çinarlı parkında Kikboksinq üzrə açıq rayon birinciliyi keçirildi

30.08.2017 21:52     Sport reaksiya     1854

Şəmkir rayonunda idmanın bütün sahələrinə göstərilən diqqətin bariz nümunəsi olaraq, 30 avqust 2017-ci il tarixdə Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən parkda Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı və dəstəyi ilə Kikboksinq üzrə açıq rayon birinciliyi keçirilmişdir.
 
Reaksiya.az-ın məlumatına görə açıq rayon birinciliyində Şəmkir, Bakı, Sumqayıt, Gəncə, Tovuz, Ağcabədi, Samux, Kəlbəcər, Ağdam və İmişli rayonunun komandaları iştirak etmişdir.
 
 
Açıq rayon birincliyinin açılış mərasiminin rəsmi hissəsi dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri, qəsəbə bələdiyyəsinin rəhbərliyi, qəsəbə sakinləri və digər qonaqlar iştirak etmişdirlər. Çıxış edən Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov yarış iştirakçılarını və qonaqları Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədovun adından salamlamış, səmimi sözlərini və xoş arzularını çatdırmışdır. Bildirmişdir ki, son dövrlərdə Respublikamızda uğurla aparılan dövlət gənclər və idman siyasəti Şəmkir rayonunda da çox uğurla icra edilməkdədir. Qeyd edilmişdir ki, idman və idmançılara göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
 
 
 
Çıxış edən digər şəxslər yaradılmış şəraitə görə öz minnətdarlığını bildirmişdirlər.
 
Qaliblər qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılmışdır.
 
 
 
 
 
 
 
 
Rəsmiyyə Allahverdiyeva

Şərhlər