Qurban Qurbanov: Ən azı, yaxşı mübarizə aparmağa çalışacağıq

17.10.2017 14:42     Sport reaksiya     1558

"Ən azı, yaxşı mübarizə göstərməyə çalışacağıq".

Bunu UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov bildirib ki, rəqib barədə çox danışmağa ehtiyac yoxdur: "Atletiko"nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə 2 dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə aparmağa, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq.

Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar