Millimizin baş məşqçisi müəyyənləşdi - Qurban Qurbanov

Millimizin baş məşqçisi müəyyənləşdi - Qurban Qurbanov
Tarix: 03.11.2017 14:05
Oxunma sayı: 638
Paylaş:

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.

AFFA-dan Reaksiya.az-a verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, R.Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-da başa çatacaq.

Reaksiya.az

Şərhlər